Sodol Yuri İvanoviç 26 dekabr 1970-ci ildə Ukraynanın Xarkov vilayətinin Çuqev şəhərində hərbçi ailəsində anadan olub. Frunze adına Sumı Ali Artilleriya Komandanlıq Məktəbini (1992) və Ukrayna Milli Müdafiə Akademiyasını bitirmiş, əməliyyat-taktiki səviyyədə hərbi komandan zabiti ixtisası almışdır (2002).
2003-cü ildən hava-desant qoşunlarında xidmət edib, 2007-2015-ci illərdə Ukrayna Silahlı Qüvvələrinin 25-ci hava-desant briqadasına komandirlik edib. 2014-cü ildən Yuri Sodolun komandanlığı altında briqada “Ukraynanın Donetsk və Luqansk vilayətlərində antiterror əməliyyatında” iştirak edib. Xüsusilə, Slavyansk yaxınlığındakı döyüşlərdə (iyun-iyul 2014) və Marinka uğrunda döyüşlərdə (iyun 2015) iştirak edib.
2015-ci ildə Yuri Sodol Ukrayna Hava Hücum Qüvvələri komandanının birinci müavini, 2018-ci ildə isə Ukrayna Dəniz Piyadaları Korpusunun komandiri təyin edilib. Həmin il ona general-leytenant hərbi rütbəsi verilib. Daha sonra Donbassda fəaliyyət göstərən “Vostok” əməliyyat-taktiki qrupunun komandiri olub. 2019-cu ilin martında Ukraynada seçkilər ərəfəsində Yuri Sodolun əmri ilə “Vostok” qrupu döyüş hazırlığının ən yüksək səviyyəsinə keçirilib.
2022-ci ilin martında DXR xalq milis idarəsinin rəis müavini Eduard Basurin kəşfiyyat məlumatlarına istinadən general-leytenant Yuri Sodolun Mariupolda ağır yaralandığını bildirib.
2024-cü il fevralın 11-də Yuri Sodol Ukrayna Silahlı Qüvvələrinin birləşmiş qüvvələrinin komandanı təyin edilib. 2024-cü ilin aprelində o, Ali Radada səfərbərlik qaydalarını sərtləşdirən qanunun qəbuluna çağırıb. Cənab Sodol bəyan edib ki, döyüş bölgəsindəki Ukrayna qoşunlarının sayı Rusiya qüvvələrinin sayından təxminən 7-10 dəfə çoxdur. Xüsusilə demobilizasiya normasını istisna edən qanun qəbul edildi. (Kommersant.ru)