İyun 13, 2025-16:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Köhnə stereotiplər yoxa çıxdıqca Qərb sosial “prank”ı simamızla necə uyğunlaşdı?

2024:07:02 - 18:25
in SOSİAL, KÖŞƏ, MARAQLI, MANŞET
A A

Əvvəllər “Kişi ciddi olar” fikri populyar idi. Oğlan uşağı evdə, məktəbdə belə istiqamətləndirilirdi. Cins müxtəlifliyi əsas tutularaq uşaqlıqdan fərqli təlim-tərbiyə üsulları var idi.
İndi başqa cür yanaşanlar var. Tanıdığım bir universitet müəllimi oğlunu yeni tərzdə böyütdüyünü deyir. Oğlu gəlinciklə oynayır, valideyn “sən gələcəyin kişisisən” kimi təlqin etmir. Ümumiyyətlə, onun qızlardan fərqləndiyi barədə söhbət belə açmır.
Həddən artıq ciddilik qaraqabaqlığa, qaradinməzliyə səbəb olur. Xarakter zamanla üz ifadəsinə, cizgilərə çökür.
Şitlik, yüngül xasiyyət haqlı olaraq bəyənilmir, amma sərt, “əsəbi” kişi xarakterinin də arzulandığını müşahidə etmirəm.
Dəyişilmənin səbəbi şüurun, baxışın dəyişilməsi, köhnənin fayda verməməsi, pis tərəfləri olsa belə, yeniliyin gəlişidir.
Onlayn qazanc metodu insanların xarakterini dəyişib. Kişi qaşlarını çataraq otursa da, yanındakı həyat yoldaşı ilə sosial şəbəkədə canlı yayımlanır. Aydın məsələdir, yayımın reytinqi ona görə deyil, xanımına görə yüksəlir. Kütləviləşən faktı əsas götürərək ciddiliyin azaldığını demək olar. Cəmiyyətə ciddi, ağır atmosfer yox, əyləncə lazımdır. Çalıb-oxuyan millət olmağımız da bunu təsdiqləyir.
İnsanın həyatını rahat edən texnologiyadan istifadə etmək haqqı var. İnkişaf etmiş Avropa şəraitinə üz tutmuşuqsa, oranın mədəniyyəti, həyat tərzi də qavranılır, adiləşir. Qərb sosial “prank”ı ciddi simamızla uyğunlaşmalı idi.
Yeddidən yetmiş yeddiyə hamı rəngli paltar geyinir. Kişinin tünd rəngli geyimdə olması yalnız mühafizəkar kateqoriyada qalıb. Rahatlıqla qırmızı, sarı ayaqqabı geyinib gəzən ağsaqqallarımız var. Bir sözlə, rəng kompleksindən azad olmuşuq.
Düşünürəm, bunlar faydasız baryer idi, aradan çıxmağı yaxşıdır. İnsanın funksiya və vəzifəsinin icrası üçün onun ciddi obrazda olması elə də gərəkli deyil. Yararsız, zamana uyğunlaşa bilməyən istənilən stereotip mütləq yeni düşüncə ilə əvəzlənməyə məhkumdur.
Cavid Zahidoğlu

Redaktə etdi: İsmayıl Rafiqoğlu

Əvvəlki Yazı

ABŞ ekspertləri Çinin Kubada elektron kəşfiyyat vasitələrini genişləndirdiyini deyirlər

Növbəti Yazı

Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin sammitində ədalətli dünya naminə dünya birliyi təşəbbüsü ilə çıxış etmək niyyətindədirlər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.