/TASS/. Tacikistan və Çin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 29 yeni sənəd imzalayıb. TASS-ın müxbiri xəbər verir ki, imzalanma mərasimi iki ölkənin nümayəndə heyətləri arasında dar və geniş tərkibdə danışıqların sonunda baş tutub.
Düşənbədəki Millət Sarayında Tacikistan Prezidenti Emoməli Rəhmon və Çin Xalq Respublikasının sədri Si Cinpinin iştirakı ilə Tacikistan və Çin arasında əməkdaşlığa dair yeni ikitərəfli sənədlərin imzalanması mərasimi olub. Bunlara sənaye, investisiya, energetika və digər sahələrdə sazişlər və memorandumlar daxildir.