Qəzzanı qan gölünə çevirən 7 oktyabr hücumundan sonra İsrailin hər yerdə axtarış apardığı, “HƏMAS-ın beyni” kimi tanınan Yəhya Sinvar ilk dəfə ictimai mesaj yayımlayıb. HƏMAS-ın görünməmiş bir müharibə apardığını bildirən Sinvar, ağır itkilərlə üzləşən İsrail qüvvələrini darmadağın etmək yolunda olduqlarını qeyd edib.