ABŞ hakimiyyəti sanksiya siyahısına İsrailin üç fiziki və beş hüquqi şəxsini əlavə edib, Vaşinqtonun məlumatına görə, İordan çayının qərb sahilində mülki fələstinlilərə qarşı zorakılıqlarla əlaqəlidir. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında deyilir.
Sənəddə deyilir: “Bu gün biz üç israilli şəxsə və İordan çayının qərb sahilində mülki şəxslərə qarşı zorakılıq aktları ilə əlaqəli beş quruma qarşı sanksiyalar tətbiq edirik”.
Miller həmçinin İsrail hökumətini siyahıdakı şəxslər və təşkilatları dərhal məsuliyyətə cəlb etməyə çağırıb. “Belə addımlar olmadıqda, biz öz cavabdehlik tədbirlərimizi davam etdirəcəyik” dedi Miller.
/TASS/