İyun 18, 2025-1:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Fermerlər üçün meyvə yığımının təşkili və saxlanmanın idarə edilməsi üzrə təlim keçiriləcək

2024:08:02 - 14:23
in GÜNDƏM
A A

Kənd Təsərrüfatı Nazirliyi və “SAS Agro” şirkətinin təşkilatçılığı ilə Türkiyədən dəvət olunan mütəxəssis tərəfindən yerli sahibkar və mütəxəssislərə məhsul yığımından sonrakı mərhələdə saxlama anbarlarında məhsulun keyfiyyətinin qoruyub saxlamaq və itkiləri azaltmaq üçün xüsusi təlim-seminar keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlimin əsas məqsədi məhsul yığımından sonra itkilərin idarə olunması, keyfiyyətin qorunması və ən yaxşı təcrübələr üzrə sahibkarların və fermerlərin bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. Təlim iştirakçılarına həm nəzəri biliklər, həm də praktiki nümayişlərlə yığım sonrası idarəetmə, yığım texnikaları, yığım sonrası fiziologiya, çeşidləmə, təmizləmə, qablaşdırma, saxlama texnologiyaları, logistika, dəyər əlavəsi, keyfiyyətin təminatı və standartlar barədə məlumatlar veriləcək. Təlim çərçivəsində praktiki sessiyalar da nəzərdə tutulub. Proses çərçivəsində fermerlərə sahələrə səfər edəcək, saxlama məkanları, daşınma simulyasiyası və dəyər əlavəsi emalatxanaları kimi texnoloji yeniliklərlə əyani şəkildə tanış olacaqlar.

İki gün davam edəcək təlimlər avqustun 8-9-da Kənd Təsərrüfatı Nazirliyində baş tutacaq.

Təlimdə iştirak üçün əlaqələndirici şəxs:

Şövqi Lələşov (Meyvəçilik və tərəvəzçilik şöbəsi)

E-mail: shovqi.lalashov@agro.gov.az

Mob: +994 50 620 94 76

Əvvəlki Yazı

Kiyevdə dəmiryol qovşağında üç hərbi maşın və bir relay kabineti yandırılıb

Növbəti Yazı

Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə verilməsi qaydası hazırlanacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.