/TASS/. İraqın qərbindəki Ənbar əyalətində beynəlxalq koalisiya qüvvələrinin istifadə etdiyi Ayn əl-Əsəd aviabazasına raket zərbələri endirilib. Bu barədə “Shafaq News” portalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Onun məlumatına görə, axşam saatlarında Amerika hərbçilərinin yerləşdiyi bazaya azı iki raket atılıb.