Con Kirbi bildirib ki, görüşün avqustun 15-də keçirilməsi planlaşdırılır
/TASS/. Fələstinin Həmas hərəkatı avqustun 15-də Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı İsraillə danışıqlarda iştirak edəcək. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə buna əmin olduğunu bildirib.
“Biz cümə axşamı toplanmağı planlaşdırırıq və hesab edirik ki, Həmas orada olmalıdır.
İranın İsrailə mümkün hücumunun bu danışıqlara təsiri ilə bağlı suala Kirbi deyib: “Bu həftə bir şey olarsa, bu, cümə axşamı keçirmək istədiyimiz danışıqlara təsir edə bilər. Biz onların cümə axşamı baş tutmasını istəyirik. Biz orada olacağıq. Biz bütün tərəflərin orada olmasını istəyirik və yalnız cümə axşamı nə baş verəcəyini görəcəyik. Həmas və ya başqalarının bu razılaşmanı əldə etmək cəhdindən çəkinməsi üçün heç bir səbəb yoxdur”, – Uaytun sözçüsü əlavə edib.
Avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayaraq, İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar. Vasitəçilər həmçinin ABŞ prezidenti Co Baydenin irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi ilə dəstəklənən prinsiplərə əsaslanan yekun saziş layihəsini təqdim etməyə hazır olduqlarını açıqlayıblar. Vasitəçilərin bəyanatının dərcindən bir saat sonra İsrail hakimiyyəti avqustun 15-də danışıqlarda iştirak etmək üçün nümayəndə heyətini göndərməyə hazır olduqlarını bildirib.