Söhbət Belqorod, Kursk və Bryansk vilayətlərindən gedir.
/TASS/. Qırğızıstanın hakimiyyət orqanları respublika vətəndaşlarına Rusiyanın Ukrayna ilə həmsərhəd olan Belqorod, Bryansk və Kursk vilayətlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar müvəqqəti olaraq onlara səyahətdən çəkinməyi tövsiyə edib. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Kursk vilayətində, habelə Bryansk və Belqorod vilayətlərində regional səviyyəli fövqəladə vəziyyətin federal səviyyəli fövqəladə vəziyyətin tətbiqi ilə əlaqədar səfirlik (Qırğızıstanın Rusiya Federasiyasındakı ) tövsiyə edib ki, Qırğızıstan Respublikasının vətəndaşları mövcud vəziyyət sabitləşənə qədər Rusiyanın adıçəkilən subyektlərinə səfərdən müvəqqəti çəkinsinlər”, – məlumatda deyilir.
Eyni zamanda, səfirlik həmvətənlərinə “zərurət yaranarsa” müvafiq kömək və ya məsləhət almaq üçün respublikanın Moskvadakı diplomatik nümayəndəliyi ilə əlaqə saxlamağı tövsiyə edib.