Danışıqların yeni mərhələsi avqustun 15-də baş tutacaq
/TASS/. Qətər ABŞ-ı əmin edib ki, Fələstinin Həmas hərəkatının nümayəndələri avqustun 15-də Dohada keçiriləcək Qəzza zolağında atəşkəs razılaşması üzrə danışıqlarda iştirak edəcəklər. Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib:
“Qətərli tərəfdaşlarımız bizi əmin etdilər ki, HƏMAS nümayəndələri iştirak edəcək və mən, təbii ki, icazə verəcəyəm ki, bu barədə özləri danışsınlar. Bundan əlavə, təfərrüata varmaq fikrində deyiləm”.
Fələstin hərəkatının aydın atəşkəs planının təmin edilməsi və İsrailin onun həyata keçirilməsi üçün öhdəlik götürməsi şərtindən danışan Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, yəhudi dövləti hazırkı saziş layihəsini tamamlamağa hazırdır. “ABŞ prezidenti, Misir prezidenti və Qətər əmiri keçən həftə bəyanatlar verəndə biz çox tez gördük ki, İsrail hakimiyyəti sabah başlayacaq atəşkəs danışıqlarında onların komandasının iştirak edəcəyini təsdiqləyib. İndi masada olan sövdələşməni başa çatdırmağa hazırıq”, – deyə rəsmi vurğulayıb.
Qəzzada atəşkəsə dair danışıqların yeni mərhələsinin cümə axşamı Dohada baş tutacağı gözlənilir. İsrail hakimiyyəti artıq Mossad kəşfiyyatının direktoru David Barneanın başçılıq edəcəyi nümayəndə heyətinin oraya göndərilməsinə razılıq verib. Fələstinin HƏMAS hərəkatı məsləhətləşmələrdə iştirakdan rəsmən imtina etməyib, lakin avqustun 11-də vasitəçiləri oturmaq əvəzinə Qəzza zolağında atəşkəs sazişinin həyata keçirilməsi üçün konkret plan təqdim etməyə və İsraili onu yerinə yetirməyə məcbur etməyə çağırıb.