Hücumun nəticələri, o cümlədən mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.
/TASS/. ABŞ və Böyük Britaniya silahlı qüvvələri qiyamçı Husi Ənsar Allah hərəkatının nəzarəti altında olan Hudeyda liman şəhərinə silsilə hücumlar həyata keçirib. Bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, Qırmızı dəniz sahillərində yerləşən Es-Salif bölgəsi ən azı üç hava hücumuna məruz qalıb. Hücumun nəticələri, o cümlədən mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.
Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra Ənsar Allah İsraili atəşə tutacağı və anklavda əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib.
“Ənsar Allah”ın hərəkətlərinə cavab olaraq, Amerika hakimiyyəti Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və “Prosperity Guardian” əməliyyatına başladığını elan edib.
Bundan sonra Böyük Britaniya və ABŞ silahlı qüvvələri mütəmadi olaraq Yəmənin müxtəlif əyalətlərində üsyançıların hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.