Hindistanda terror aktları hazırlayan 14 nəfər həbs edilib
NDTV-nin məlumatına görə, onların Əl-Qaidə ilə əlaqəsi ola bilər.
/TASS/. Hindistan polisi, ehtimal ki, “Əl-Qaidə” terror şəbəkəsinə mənsub olan bir qrup şəxsin respublikanın paytaxtı da daxil olmaqla terror aktları planlaşdırdığını müəyyən edib. NDTV indiyədək 14 nəfərin həbs edildiyini bildirib.
Əməliyyatda Yeni Dehli, Carkhand, Racastan və Uttar Pradeş ştatlarından polis əməkdaşları iştirak ediblər.
Altı şübhəli silah təlimi keçdikləri Racastan ştatında həbs edilib. Carkhand və Uttar Pradesh ştatlarında daha 8 nəfər həbs edilib. Polis axtarış zamanı silah, sursat və ekstremist ədəbiyyat aşkarlayıb.
İstintaq davam edir və daha çox həbslər gözlənilir.