BMT İsrailin İordan çayının qərb sahilindəki əməliyyatından narahatdır.
/TASS/. BMT İsrailin İordan çayının qərb sahilindəki əməliyyatını hədsiz narahatlıqla izləyir. Bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib:
“Biz bu hadisələri hədsiz narahatlıqla izləyirik və gördüklərimizdən çox narahatıq”.
Çərşənbə günü gecə İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilinin Cenin və Tulkərm şəhərlərində antiterror əməliyyatına başlayıb. Nəticədə ən azı 9 fələstinli həlak olub, onlarla insan yaralanıb. Yəhudi xarici işlər naziri İsrael Katz hərbçilərin hərəkətlərini İranın bu ərazilərdə yaratdığı terror infrastrukturunun məhv edilməsi zərurəti ilə izah edib.