/TASS/. Amerika rəsmisi The Wall Street Journal-a Ukraynanın F-16 qırıcılarından ilkini itirdiyini təsdiqləyib.
Qeyd edilir ki, bu, avqustun 26-da, Amerikanın ilk qırıcı təyyarələrinin Ukraynaya çatmasından bir neçə həftə sonra baş verib. Amerika hakimiyyətinin adının açıqlanmasını istəməyən nümayəndəsinin sözlərinə görə, F-16 vurulmayıb, qəza pilotun səhvi ucbatından baş verib.