Rusiya prezidentinin köməkçisi bildirib ki, Vaşinqton Arktikanın hərbiləşdirilməsi kursunu müəyyənləşdirib.
/TASS/. “ABŞ Rusiyanın Arktikadakı fəaliyyətinə mane olmağa çalışır, eyni zamanda onlar özləri şimal ərazilərində və ümumiyyətlə Rusiya sərhədləri yaxınlığında hərbi infrastruktur qururlar” Bunu “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib:
“Birləşmiş Ştatlar və onun müttəfiqləri sərhədlərimizin perimetri boyunca vəziyyəti gərginləşdirir, Vaşinqton Arktikanın hərbiləşdirilməsi kursunu müəyyənləşdirir və Qərbdə bizim iqtisadi fəaliyyətimizə mane olur”.
Rusiya liderinin köməkçisi bildirib ki, ABŞ-Yaponiya dəniz qüvvələrinin son ən böyük təlimləri Tokionun pasifist ideologiyadan imtina etdiyini və Amerikanın Sakit okeanda gərginliyi artırmaq strategiyasına sadiqliyini bir daha təsdiqləyir.