“Russia Today”, həmçinin RİA Novosti, RT, TV-Novosti, Ruptly və Sputnik-in törəmə şirkətləri xarici nümayəndəliklər statusunu alırlar.
/TASS/. “Rossiya Seqodnya” media qrupu və onun törəmə şirkətləri ABŞ-dakı işçiləri və əmlakları barədə məlumat verməli olacaqlar. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Müvafiq sənəddə deyilir ki, “Rossiya Seqodnya” və “RİA Novosti”, RT, TV-Novosti, Ruptly və Sputnik xarici nümayəndəlik statusu alır. İndi bu təşkilatlardan ABŞ-da işləyən bütün işçilər haqqında Amerika səlahiyyətlilərinə məlumat verməli, həmçinin Birləşmiş Ştatlarda sahib olduqları bütün daşınmaz əmlak haqqında məlumat vermələri tələb olunacaq.