Ağ Ev amerikalının Venesuelada şəxsi işləri ilə bağlı olduğunu və ABŞ hökumətini təmsil etmədiyini qeyd edib.
/TASS/. Birləşmiş Ştatlar bu ölkədə bir amerikalı hərbçinin həbsi ilə bağlı Venesuela hakimiyyəti ilə əlaqə saxlayır. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.
“Mən təsdiq edə bilərəm ki, ABŞ hərbçisinin Venesuelada saxlanılıb”, – Kirbi deyib. Onun sözlərinə görə, amerikalı şəxsi işləri ilə bağlı Venesuelada olub və ABŞ hökumətini təmsil etməyib. “Əlbəttə, biz […] Venesuela hakimiyyəti ilə əlaqə saxlayırıq ki, bu barədə daha çox məlumat əldə edək”, – Kirbi əlavə edib.
Bundan əvvəl Pentaqon məlumat vermişdi ki, Venesuela ötən həftə ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbçisini şəxsi işləri ilə bu ölkəyə səfəri zamanı həbs edib. Amerika mətbuatının yazdığına görə, hərbçi məzuniyyətdə deyildi və Venesuelaya getməyə icazəsi yox idi.