İsrail ordusu Livanın cənubunda Hizbullahın hərbi obyektlərinə və raket buraxılış qurğusuna hücum edib.
Zərbələr Aytarun, Zibkin, Məryəmin və Çixine yaşayış məntəqələrinin ərazilərində həyata keçirilib.
/TASS/. İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda hərbi obyektlərə, həmçinin şiə Hizbullah hərəkatının raket buraxılış qurğusuna zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, zərbələr Livan ərazisinin cənubundakı Aytarun, Zibkin, Məryəmin və Çixine yaşayış məntəqələri ərazilərində endirilib.