Tramp Harrislə növbəti debatı keçirməkdən imtina edir.
/TASS/. Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, o, demokrat rəqibi, vitse-prezident Kamala Harrislə debatların yeni mərhələsini keçirməkdən imtina edir:
“Bir boksçu döyüşü uduzduqda ağzından çıxan ilk sözlər “yenidən döyüşmək istəyirəm'” olur. Rəy sorğuları açıq şəkildə göstərir ki, mən çərşənbə axşamı axşam sol təmayüllü Demokrat namizəd Kamala Harrisə qarşı debatda qalib gəldim və o, dərhal ikinci debat tələb etdi”.