İyun 22, 2025-23:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanın qeyri-neft sektoruna yatırılan birbaşa xarici investisiyalar rekord həddə çatıb

2024:09:13 - 17:04
in İQTİSADİYYAT
A A

Siyasi və iqtisadi cəhətdən sabit olan Azərbaycan qlobal və regional nəqliyyat dəhlizlərində strateji rol oynayan dayanıqlı, daim inkişaf edən iqtisadiyyatı, dəstəkləyici hökumət siyasəti tərəfindən təmin olunan münbit biznes mühiti, əlverişli iqlim şəraiti, ixtisaslı işçi qüvvəsi və zəngin iqtisadi potensialı ilə neft sənayesindən kənarda üfüqlərini genişləndirir. Üstəlik, o, qeyri-neft yatırımlarının təyinat nöqtəsi kimi investorlar üçün cəlbedici imkanlar təklif edir.

Sözügedən amillər özünü rəsmi statistikada da əks etdirir. Belə ki, qeyri-neft sektorunun prioritet istiqamətə çevrilməsi prosesi aktiv şəkildə rəqəmlərin dinamikasına təsir göstərir. 2023-cü ildə Azərbaycanın qeyri-neft iqtisadiyyatına birbaşa olaraq 2 milyard ABŞ dollarından çox xarici investisiyalar (BXİ) yatırılıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. Qeyri-neft sektoruna cəlb olunmuş BXİ 2022-ci illə müqayisədə 9 % artıb. Hesabat ilində qeyri-neft sektoruna yatırılmış birbaşa xarici investisiyaların ümumi BXİ-dəki payı isə ilk dəfə 30 %-ə çatıb.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın qeyri-neft sektoruna birbaşa yatırım edən lider ölkələr sırasında Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland və İsveçrə yer alıb.

Xatırladaq ki, Azərbaycan “Financial Times”ın “FDI Intelligence” nəşrinin 2024-cü il üçün BXİ-nin perspektivləri ən yüksək olan ölkələrin TOP-10 renkinqində 7-ci pillədə qərarlaşıb.Report.

Əvvəlki Yazı

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin bəzi məntəqələrində pozuntular olması barədə iddia əsasını tapmayıb

Növbəti Yazı

Azərbaycanda benzin və dizel istehsalı artıb – CƏDVƏL

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.