Media: Türkiyə kəşfiyyatının rəhbəri HƏMAS rəhbərliyi ilə Qəzzadakı vəziyyəti müzakirə edib.
Təmaslar zamanı girov mübadiləsi mövzusuna da toxunulub.
TASS/. Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosunun liderləri ilə Ankarada Qəzza zolağındakı vəziyyəti və atəşkəs danışıqlarının gedişini müzakirə edib. Bu barədə təhlükəsizlik mənbələrinə istinadən TRT telekanalı məlumat yayıb.
Qeyd olunur ki, təmaslar zamanı girovların dəyişdirilməsi mövzusu da qaldırılıb. Qəzzada qalıcı atəşkəsin təmin edilməsi və bölgəyə daha çox humanitar yardımın çatdırılması üçün atıla biləcək konkret addımlar qiymətləndirilib. Danışıqlar prosesində Həmas-ın konstruktiv və müsbət mövqeyi vurğulanıb.
İsrailin təkliflərə yeni şərtlər irəli sürməsi qeyd edilib.
TRT əlavə edib ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı bu prosesdə mühüm işlər görür və bütün tərəflər, xüsusilə HƏMAS rəhbərliyi, İsrail, Misir, Qətər və ABŞ ilə intensiv diplomatiya aparır.