Prezidentin milli təhlükəsizlik müşaviri Tut Qatluak qeyd edib ki, keçid dövrünün uzadılması əhalinin siyahıyaalınmasını və siyasi partiyaların qeydiyyatını başa çatdırmağa imkan verir.
TASS/. Cənubi Sudanda üç ay sonra keçiriləcək prezident seçkiləri 2026-cı ilin dekabrına təxirə salınıb. Bu barədə Cənubi Sudan prezidentinin administrasiyası məlumat yayıb.
Cənubi Sudanda keçid dövrü iki il uzadılıb və seçkilər də 2024-cü ilin dekabrından 22 dekabr 2026-cı il tarixinə təxirə salınıb.
Bundan əvvəl Cənubi Sudanın hazırkı prezidenti Salva Kiir yenidən dövlət başçısı seçilmək üçün namizədliyini irəli sürəcəyini açıqlamışdı.