İyun 16, 2025-13:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BMU tələbələri üçün kibertəhlükəsizlik sahəsi üzrə təlim keçirilib

2024:10:11 - 13:47
in SOSİAL
A A

Bakı Mühəndislik Universitetində (BMU) Kibertəhlükəsizlik Platforması və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə “InfoSEC-2024” adlı tədbir keçirilib.Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr üçün təşkil olunub. İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekan əvəzi professor Vaqif Qasımov çıxışında maarifləndirmə və kadr hazırlığına dəstək məqsədi daşıyan belə tədbirlərin tələbələrin bilik və bacarıqlarının artırılmasında böyük rol oynadığını bildirib. O, həmçinin tədbirdə müzakirə predmeti olacaq mövzularla bağlı fikirlərini diqqətə çatdırıb.“InfoSEC-2024”ün 3-cü mərhələsinin BMU-da keçirilməsindən məmnun olduğunu deyən Kibertəhlükəsizlik Platformasının qurucusu Şahin Əliyev müasir dövrün ixtisaslarında oxuyan gənclərin gələcəkdə ölkənin milli təhlükəsizliyində rol alacaqlarını qeyd edib, bu baxımdan onların informasiya təhlükəsizliyini mükəmməl öyrənməli olduqlarını vurğulayıb.AKTA-nın Tədqiqat və inkişaf şöbəsinin rəhbəri Təbriz Cəfərov isə assosiasiyanın məqsədinin gəncləri maarifləndirmək, onlara təcrübə qazandırmaq olduğunu bildirib, universitetlərdə yaradılan kiberklubların tələbələrin formalaşmasındakı mühüm roluna toxunub. O, kiberklublarda sərbəst inkişaf mühitinin müsbət təsirlərini sadalayıb və tələbələri təşəbbüskar olmağa çağırıb. “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” sənədindən bəhs edən T.Cəfərov bu strategiya ilə vətəndaş təsisatlarının üzərinə qoyulan vəzifələri nəzərə çatdırıb, kibertəhlükəsizliklə bağlı bütün vətəndaşların maarifləndirilməsinin vacibliyini söyləyib.Sonra kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislərin tələbələr üçün təlimi başlayıb. Təlimdə kibertəhlükəsizlik mövzusunun mühüm məqamları barədə geniş məlumat verilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Əvvəlki Yazı

“Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” – respublika elmi konfransı

Növbəti Yazı

Scholz İstanbulda Ərdoğanla danışıqlar aparacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.