Avqust 26, 2025-2:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Professor: Gürcüstanın daxili işlərinə qarışmaq Qərbin regiona nəzarət etmək marağından irəli gəlir

2024:10:16 - 17:40
in SİYASƏT
A A

Qərbin Gürcüstanda seçkilərə müdaxiləsi hər zaman mənfi nəticələr doğurub. Vaxtilə ABŞ-ın Mixeil Saakaşviliyə göstərdiyi dəstək, onun hakimiyyətə gətirilməsi Gürcüstanın istər daxili, istərsə də xarici siyasətində balansı pozmuşdu.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru Həmid Vəliyev söyləyib. Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcəyini qeyd edən professor Qərbin bu prosesə müdaxilə cəhdlərinin bir sıra problemlər üçün zəmin yaratdığını söyləyib.“Onlar rəsmi Tbilisiyə qarşı açıq qərəz, sanksiyalar və daxili işlərə müdaxilə strategiyası həyata keçirməyə başlayıblar”, – deyən professorun fikrincə, bu müdaxilələrin əsasında ABŞ-ın və Avropa ölkələrinin öz maraqları dayanır. Qərb ölkələri Gürcüstanda cərəyan edən hadisələri nəzarətə alaraq ondan Rusiyaya qarşı istifadə etmək istəyirlər. Bu, eyni zamanda, regiondakı hadisələrə Qərbin nəzarət etmək niyyətidir.Müsahibimiz qeyd edib ki, Gürcüstanın bugünkü hakimiyyətinin qətiyyətli mövqeyini ortaya qoyması yaxşı haldır və Qərbin müdaxiləsinin reallaşmasının qarşısını alır.“Qərbin güclü təsirinin olacağına inanmıram. Çünki orada iqtidarı dəstəkləyən, Rusiya ilə münasibətləri normallaşdırmağa çalışan qüvvələr çoxdur”, – deyə professor fikrini yekunlaşdırıb.

Əvvəlki Yazı

Sabit Bağırov: Ermənistanda dağ-mədən sənayesi ilə məşğul olan şirkətlər Cənubi Qafqazın ekologiyasını zəhərləyir

Növbəti Yazı

Reuters: NATO alyansın döyüş sursatını vahid standarta çatdırmağı planlaşdırır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.