İyun 16, 2025-23:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

2024:10:28 - 12:51
in SOSİAL
A A

Cəbrayıl şəhərində tutumu 1 000 kubmetr olan 2-ci su anbarının dəmir-beton işləri yekunlaşıb, izolyasiya işləri davam edir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirlir ki, siyirtmə kamerasında və gözətçi otağında da işlər tamamlanıb. 280 diametrlik boru ilə 1 177 metr şəhərin giriş nöqtəsinə qədər olan magistral xətt də tam hazırdır.

“Birinci anbar test sınağından keçirilərək istismara verilib. Şəhərin çıxışından 600 diametrlik boru ilə 5 300 metr məsafədə kanalizasiya xətti çəkilib”, – məlumatda deyilir.

Cəbrayıl şəhərinin şimalında ümumilikdə 9 subartezian quyusunun qazılması layihələndirilib və artıq bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq. Cəbrayıl şəhər ərazisində 3 ədəd artezian quyusunun birinci mərhələsində qazıntı işləri nəzərdə tutulub. Məhsuldarlığı saniyədə 12 litr olan quyulardan biri, 6 saylı subartezian quyusunun idarəetmə otağı istifadəyə verilib. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.

“2023-cü ildə bir ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Seçilmiş mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir”, – ADSEA hesab edir.

Əvvəlki Yazı

Kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib

Növbəti Yazı

Bakıda su basmış yerlərdən suyun çəkilməsinə başlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.