Hakim Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris çərşənbə günü ictimai çıxışında ölkədə noyabrın 5-də keçirilən seçkilərdə məğlub olduğunu etiraf edib.
Prezident seçkilərində Respublikaçı Donald Trampa uduzan Harris, “Bu seçkinin nəticəsi bizim istədiyimiz, uğrunda mübarizə apardığımız, səs verdiyimiz şey deyil” deyib.O, Vaşinqtondakı Hovard Universitetində danışıb. (Tass)