Avqust 25, 2025-17:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Səbinə Əliyeva dünya ölkələrini iqlim dəyişmələri ilə bağlı insanları məlumatlandırmaq üçün əməkdaşlığa çağırıb

2024:11:14 - 14:59
in SİYASƏT
A A

Dünya ölkələri insanların iqlim dəyişmələrinin hüquqi, sosial və iqtisadi təsirləri barədə məlumatlandırılması sahəsində əməkdaşlıq etməlidirlər.

“Report” xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva COP29 çərçivəsində təşkil olunan “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda müzakirədə deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə sahəsində həyata keçirdiyi kompleks tədbirlər və beynəlxalq arenada artan nüfuzu COP29 kimi qlobal əhəmiyyətə malik tədbirə ev sahibliyi etməsinə gətirib çıxarıb:

“İqlim ədalətinin təmin olunmasında əsas aktorlardan biri olan ombudsmanlar və milli insan hüquqları təsisatları insan hüquqları sistemində mühüm yerlərdən birini tutan sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi, iqlim dəyişikliklərinə qarşı həssas olan qrupların hüquqlarını qoruması sahəsində mühüm rola malikdirlər”.

S.Əliyeva bildirib ki, iqlim dəyişmələri qlobal problem olduğundan milli və beynəlxalq səviyyədə əməkdaşlığın inkişaf etdirilməsi, insanların iqlim dəyişikliklərinin hüquqi, sosial və iqtisadi təsirləri barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi çox önəmlidir:

“Ona görə də qlobal miqyasda insan hüquqlarını qorumaq üçün daha geniş müzakirələr aparılmalı və beynəlxalq hüquqi çərçivə daha da təkmilləşdirilməlidir. Azərbaycanın və digər ölkələrin bu məsələyə dair təcrübələri mübadilə edilməli və ən yaxşı praktikalar geniş yayılmalıdır.
Hər birinizi bu istiqamətdə həmrəylik nümayiş etdirməyə, milli və beynəlxalq səviyyədə təxirəsalınmaz tədbirlərin görülməsi istiqamətində birgə əməkdaşlığa çağırıram”.

Əvvəlki Yazı

Yalçın Rəfiyev: COP29-da NCQG-nin ilkin layihəsini hazırlayaraq təqdim etmək lazımdır

Növbəti Yazı

Zakir Nuriyev: “İqlim riskləri bank əməliyyatlarına inteqrasiya ediləcək”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.