Avqust 26, 2025-20:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Milli Dirçəliş Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb

2024:11:16 - 12:19
in MƏDƏNİYYƏT
A A

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “17 Noyabr – Milli Dirçəliş Günü” adlı ənənəvi virtual kitab sərgisi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, kitabxananın rəsmi saytında yerləşdirilən (https://ryl.az/multimedia/dircelis-gunu) virtual sərgidə Milli Dirçəliş Gününün tarixinə nəzər salınır, o illərin xronologiyası bir daha canlandırılır. Həmin mürəkkəb, gərgin dövrlərdə xalqın Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşməsi, onu xilaskar kimi özünə lider seçməsi geniş, tarixi faktlar və görüntülərlə işıqlandırılır.

Hazırlanan materialda Azərbaycan xalqının azadlıq, ərazi bütövlüyü uğrunda əzmkar mübarizəsinin təntənəli nəticəsi – şanlı Zəfər tarixinin Qələbə sevincinin görüntüləri də yer alır. Virtual kitab sərgisində “Heydər Əliyev – Müstəqilliyimiz əbədidir”, “Tariximizin Heydər Əliyev zirvəsi”, “Qurtuluşdan başlanan tərəqqi”, “Meydan: 4 il, 4 ay”, “Xalq və dövlət naminə” kimi kitabların qısa annotasiyası, “Dirçəlişdən Zəfərə aparan yol”, “17 Noyabr – Milli Dirçəliş Günüdür”, “Milli dirçəlişin başlanğıcı”, “Xalqımızın istiqlal mücadiləsi” kimi qəzet məqalələrinin görüntüləri təqdim edilir.

Bundan əlavə, Milli Dirçəliş Günü ilə əlaqədar kitabxanada 40-a yaxın kitab və qəzet nümunələrini cəmləyən “17 Noyabr – Milli Dirçəliş Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilib.

 

 

 

 

 

Əvvəlki Yazı

Braziliya Xarici Əlaqələr Nazirliyinin müşaviri Nizami Muzeyində qonaq olub

Növbəti Yazı

Azərbaycanda birdəfəlik plastik qabların digər növlərinin də istifadəsinə məhdudiyyətlər nəzərdə tutulur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.