İsrail İrana qarşı son zərbəsində “İslam respublikasının nüvə proqramının konkret komponentinə” hücum edib. Bu sözləri Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu Knessetin (parlament) iclasında deyib.
“Bu, heç kimə sirr deyil. Hücum zamanı onların nüvə proqramının müəyyən komponentinə zərbə vurulub”, – çıxışı parlament televiziyası ilə yayımlanan baş nazir deyib. Netanyahu zərbənin hədəfinin hansı növ obyekt olduğunu açıqlamayıb.
Eyni zamanda o qeyd edib ki, İsrail tərəfinin fikrincə, bu zərbə bütövlükdə İranın nüvə proqramının dayandırılmasına gətirib çıxarmayıb. “Proqramın özü və onun aktivləşdirilməsi imkanları dayandırılmadı, biz onun icrasını 10 il ləngitdik, lakin İran uranın zənginləşdirilməsində böyük irəliləyiş əldə edə bildi”, – deyə baş nazir bildirib.
Netanyahu həmçinin deyib ki, İsrail “İranın ballistik raket istehsal imkanlarına ciddi zərbə vurub”. (Tass)