Abxaziya parlamentinin deputatları çərşənbə axşamı Bakı vaxtı ilə saat 12:00-da respublika prezidenti Aslan Bjaniyanın istefasının qəbulu məsələsinə baxılacaq növbədənkənar iclasa toplaşacaqlar.
Bu barədə TASS-a parlamentin mətbuat xidmətindən məlumat verilib.
“Parlament Bakı vaxtı ilə saat 12:00-da toplaşacaq”, – agentliyin həmsöhbəti bildirib. (Tass)