Gürcüstan hakimiyyəti 2020-ci il parlament seçkilərindən fərqli olaraq, müxalifətdən parlamentə girib işə başlamağı tələb etməyəcək. Bunu hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze mətbuat konfransında deyib.
“Mən sizə zəmanət verirəm ki, bizim tərəfimizdən heç bir xahiş və ya müraciət olmayacaq bu heç maraqlı deyil, qoy istədiklərini etsinlər”, – Mdinaradze bildirib. (Tass)