May 10, 2025-10:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Sahibə Qafarova: Suverenliyinin bərpa olunması Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açıb

2023:10:17 - 12:35
in SİYASƏT
A A

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli tarixi torpaqlarımızın Ermənistanın 30 illik işğalından qurtarılması, tarixi ədalətin, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açıb. Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaltmasını bütün xalqımız böyük qürurla izlədi. Üç il öncə eyni duyğuları biz Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə və digər şəhərlərdə bayrağımız yüksələrkən yaşamışdıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, son 100 ildən artıq dövrdə Azərbaycan xalqı siyasi müstəqillik imkanına iki dəfə nail olub. 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilib. 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən dövlətimiz üçün də əslində eyni tale yazılmışdı. Ötən əsrin 90-cı illərinin əvvəlləri ölkəmizin ağır problemlər qarşısında qaldığı bir dövrdür. O zaman hakimiyyətə gəlmiş iqtidar cəmi bir il ərzində Azərbaycanı siyasi, iqtisadi və hərbi böhran vəziyyətinə salmışdır. Ölkə vətəndaş müharibəsi və dağılmaq, həddinə gəlib çıxmışdı. Dövlət həyatının bütün sahələrində hərc-mərclik, ordu adı ilə yaradılan silahlı dəstələrin özbaşınalığı vəziyyətin gərginliyini daha da artırırdı. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına əlverişli şərait yaradırdı. 100 minlərlə soydaşımız doğma yurdlarını tərk etməyə məcbur olurdu.

Sahibə Qafarova qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin iflasa uğraması təhlükəsi tam real idi. Taleyin hökmü ilə bu dəfə Heydər Əliyev fenomeni dövlət müstəqilliyinin itirilməsinə yol vermədi. 1993-cü il iyunun 15-də Ali Dövlət rəhbərliyinə qayıdan Ümummilli Lider qüdrətli zəkası və müdrikliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində Azərbaycanın siyasi varlığını qoruyub saxlaya bildi. Xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində reallaşdıra bildi. Ümummilli Lider dünyanın böyük güclərinin iradəsinə qarşı çıxaraq Azərbaycan üçün hazırlanmış planları alt üst etdi, xalqımızı və dövlətimizi qorxunc təhlükələrdən keçirərək sabitlik və inkişaf dövrünə çatdırdı və bugünkü müasir Azərbaycan Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının parlaq nişanəsidir.

“Ulu Öndərin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə başlayıb. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun bu binada atdığı addımlar, gördüyü tədbirlər, parlamentarizm və dövlətçilik tariximizin şanlı səhifələrini təşkil edir. Ümummilli Liderin inkişaf strategiyasını yeni çağırışlar şəraitində yaradıcı surətdə davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasəti ölkəmizə heyrətamiz uğurlar gətirib. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxıb. Cəmiyyət və dövlət həyatının bütün sahələrində yeniləşmə və yüksəliş dövrü yaşanıb. Dövlət idarəçiliyi sistemi təkmilləşdirilib, Birinci vitse-prezident institutu təsis edilib. Prezidentin ən yaxın silahdaşı olan görkəmli siyasi və dövlət xadimi Mehriban Əliyeva bu məsul və şərəfli vəzifəni layiqincə yerinə yetirir”, – deyə Milli Məclisin sədri vurğulayıb.

Əvvəlki Yazı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

Növbəti Yazı

HƏMAS İsrailin Qəzzada hərəkətləri ilə bağlı Rusiyanın mövqeyini yüksək qiymətləndirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.