ABŞ Müdafiə Nazirliyi TASS müxbirinə təsdiqləyib ki, Amerika administrasiyası Ukraynada piyada əleyhinə minalardan istifadəyə icazə verib.
“Mən təsdiq edə bilərəm ki, administrasiya Ukraynada piyada əleyhinə minalardan istifadəyə icazə verib”, – Pentaqonun sözçüsü “The Washington Post”un ABŞ prezidenti Co Baydenin Kiyevə belə minaların tədarükünə icazə verməsi barədə xəbərini şərh edərkən deyib. Agentliyin həmsöhbəti iddia edib ki, Ukrayna tərəfi mülki əhalinin yaşadığı ərazilərdə bu minalardan istifadə etməyəcəyinə söz verib. (Tass)