Qərbin Rusiyanı beynəlxalq aləmdə təcrid etmək cəhdləri uğursuzluqla nəticələnir. Bu fikri çərşənbə axşamı Bloomberg agentliyi Rusiya prezidenti Vladimir Putinin Hindistana gözlənilən səfəri ilə bağlı bildirib.
Nəşr qeyd edib ki, bu, Rusiya liderini təcrid etməyə yönəlmiş “ABŞ-ın rəhbərlik etdiyi səylərin” uğursuzluğa düçar olmasının bir daha sübutu idi.
Çərşənbə axşamı günü Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Hindistanın baş naziri Narendra Modinin Rusiyaya iki səfərindən sonra Moskva və Yeni Dehli Rusiya liderinin Hindistana səfəri üçün hazırlıqlara başlayacaq. O, səfərin vaxtı ilə bağlı təfərrüatları açıqlamayıb. (Tass)