Abxaziyada növbədənkənar prezident seçkiləri 2025-ci il fevralın 19-dan əvvəl – ya fevralın 15-i, ya da 16-sı keçirilə bilər. Bu barədə TASS-a Mərkəzi Seçki Komissiyasının üzvü məlumat verib.
“Seçkilər prezident Aslan Bjaniyanın istefa verdiyi və parlament bunu noyabrın 19-da qəbul etdiyi gündən üç ay ərzində keçirilməlidir, yəni konstitusiyaya görə seçkilər üç ay ərzində, yəni fevralın 19-dək keçirilməlidir. Seçkilər Abxaziyada həmişə həftə sonları keçirilir, bu, ya şənbə, fevralın 15-i, ya da fevralın 16-sı bazar günü ola bilər”, – agentliyin mənbəsi bildirib.
Eyni zamanda o vurğulayıb ki, seçkilərin tarixini parlament müəyyən etməlidir. (Tass)