Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı Britaniyada təhsil alan ukraynalı hərbçiləri ölümdən qorxmamağa çağırıb, çünki döyüş meydanında sağ qalmaq şansı azdır.
“Unutmayın ki, müharibə gündən – günə daha qəddarlaşır. Bu, demək olar ki, sağ qalma şansı qoymur”- deyib.
Noyabrın 18-də Böyük Britaniya Müdafiə Nazirliyi 2022-ci ilin fevralından bəri britaniyalı təlimatçılar tərəfindən təlim keçmiş ukraynalı hərbçilərin sayının 50 minə çatdığını bildirib. (Tass)