İyun 18, 2025-15:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İlahiyyat İnstitutunun tələbələri beynəlxalq olimpiadada iştirak ediblər

2024:11:20 - 18:17
in SOSİAL
A A

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri beynəlxalq olimpiadada iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində ilahiyyat sahəsi üzrə təhsil alan tələbələr arasında XVII Beynəlxalq Olimpiada keçirilib.

Qeyd edək ki, olimpiada Rusiya İslam İnstitutu, İslam Mədəniyyəti, Elm və Təhsilə Dəstək Fondu və Məhəmməd ibn Zeyd adına Humanitar Elmlər Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Müsabiqəyə Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Hindistan, İndoneziya və Rusiyadan iştirakçılar dəvət olunublar.

Sözügedən beynəlxalq tədbirə Aİİ-dən münsif qismində – xarici əlaqələr üzrə mütəxəssis Şəms Bağırova, iştirakçı qismində – II kurs tələbəsi – Sahib Qənbərov, III kurs tələbələri – Yusif Vahabov, Sadiq Babayev, Əli Nəzərov qatılıblar.

İştirakçılar İslam hüququ, dinin əsasları və ərəb dili istiqamətləri üzrə sualları cavablandırıblar. Aİİ-nin tələbəsi Sadiq Babayev müsabiqədə uğurlu iştirakına görə Rusiya İslam İnstitutunun rektoru tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb.

Olimpiada çərçivəsində “İslami fənlərin tədrisində BRICS ölkələrinin İslam ali təhsil müəssisələrinin təcrübəsi” mövzusunda dəyirmi masa, habelə qonaqlar üçün Kazan şəhərində yerləşən Qul Şərif və Mərcani məscidlərinə, eləcə də Kazan Milli Kitabxanası və Kazan Kremlinə ekskursiya təşkil olunub.

Əvvəlki Yazı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Növbəti Yazı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.