Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında qeyd-şərtsiz atəşkəs tələb edən sənədini anklavda saxlanılan girovların azad edilməsi şərti ilə əlaqələndirmədən razılığını verə bilməz. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib.
Bundan əvvəl Birləşmiş Ştatlar Qəzza zolağında dərhal və qeyd-şərtsiz atəşkəs tələb edən Təhlükəsizlik Şurasının “on” qeyri-daimi üzvü tərəfindən hazırlanmış qətnamə layihəsini bloklayıb. Sənəddə girovların azad edilməsini tələb edən ayrıca müddəa da var. “[Qətnamə üzrə] danışıqlar zamanı biz açıq şəkildə bildirdik ki, girovlar azad edilmədən qeyd-şərtsiz atəşkəsi dəstəkləyə bilmərik. (Tass)