Avqust 25, 2025-15:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

2024:11:22 - 10:20
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov Krallığın Ali Audiovizual və Kino Peşələri İnstitutunda direktor Həkim Belabbasla görüşüb.

AZƏRTAC xəbər verir ki, səfir Mərakeş hökumətinin başçısı Əziz Axnuşun COP29 konfransında iştirak etmək üçün Azərbaycan Respublikasına tarixi səfərini xatırladaraq bu səfərin iki ölkə arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Səfir Audiovizual və Kino Peşələri İnstitutu ilə Azərbaycanın oxşar təhsil müəssisələri arasında məhsuldar əməkdaşlığın qurulmasının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, tərəflər bu əməkdaşlıq çərçivəsində birgə proqramlar, tədbirlər və təlim layihələri həyata keçirərək bir-birlərinin təcrübəsindən faydalana bilərlər.

Həkim Belabbas Mərakeşin audiovizual və kino sahəsində nailiyyətləri haqqında qısa məlumat verib, institutla Azərbaycanın təhsil müəssisələri arasında əməkdaşlığı təşviq etməyə hazır olduğunu qeyd edib.

İnstitutun baş katibi Yusif Fərid isə Mərakeşin kino istehsalı üçün lazımi infrastruktura və kadrlara malik olduğunu vurğulayıb.

Azərbaycan səfiri gələn ilin əvvəlində institutda Qarabağın işğal altında olduğu dövrü əks etdirən filmin təqdimat mərasiminin keçiriləcəyini bildirib. Səfir, həmçinin Mərakeşdə Azərbaycana dair fotosərginin və Azərbaycan filmləri həftəsinin keçirilməsi fikrini alqışlayıb. Bildirib ki, Azərbaycanda da Mərakeş filmləri həftəsi təşkil ediləcək.

Görüşün sonunda səfir Nazim Səmədov institutun yayım zalları, çəkiliş studiyaları, montaj otaqları və texniki avadanlıq anbarları da daxil olmaqla müxtəlif bölmələrinə baş çəkib. Daha sonra o, tədris auditoriyalarından birində tələbələrlə görüşüb.

 

 

Əvvəlki Yazı

İsrail Beyrutun cənubundakı Hadas ətrafına zərbələr endirib

Növbəti Yazı

ABC: Kiyev Moskvadan cavab zərbələri endirmək təhlükəsi ilə bağlı çaxnaşma içindədir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.