Əmirliyin təhlükəsizlik xidmətləri Birləşmiş Ərəb Əmirliklərində yaşayan yəhudi dini hərəkatının “Çabad” elçisi Zvi Koqanın qətlində şübhəli bilinən üç nəfəri həbs edib. Bu barədə BƏƏ Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları rekord müddətdə ölkədə yaşayan Zvi Koqanın qətlində təqsirli olan üç nəfəri həbs edə bildilər. ”, – idarənin dövlətə məxsus WAM agentliyinə istinadən verdiyi açıqlamada deyilir.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ofisi BƏƏ-də yaşayan Çabad hərəkatının emissarının öldürüldüyü barədə məlumat yayıb. Ofisdən verilən məlumata görə, noyabrın 21-də itkin düşən Koqanın cəsədi Əmirliyin təhlükəsizlik xidmətləri tərəfindən aşkar edilib. Baş nazirin dəftərxanası bundan əvvəl Koqanın İsrail və Moldova vətəndaşı olduğunu bildirmişdi. (Tass)