İsrail və şiə Hizbullah təşkilatı Livanda atəşkəs əldə etməyə yaxındır. Bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, “İsrail hücumlarının” artmasına baxmayaraq, tərəflər razılığa “çox yaxındır”. “Biz bu istiqamətdə irəliləyirik (müqavilə bağlamağa doğru), lakin hələ də həll edilməli olan bəzi məsələlər var”, – yəhudi dövlətinin nümayəndəsi telekanala bildirib.
Bundan əvvəl İsrailin Ynet xəbər portalı İsrailin Livanda Hizbullahla təklif olunan atəşkəs sazişini ilkin olaraq təsdiqlədiyini və indi bu razılaşmanın Nazirlər Kabinetinin yekun təsdiqinə tabe olduğunu bildirmişdi. (Tass)