May 10, 2025-9:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bakıda dənizçilər üçün sığorta məhsullarının təqdimatı olub

2023:10:17 - 16:34
in İQTİSADİYYAT
A A

Bu gün “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin təşkilati dəstəyi, “Liman Sığorta və Təkrarsığorta Brokeri”, “United Alliance Group”, “ZenithSurvey”, “Azerbaijan Maritime Registry of Shipping” şirkətlərinin sponsorluğu ilə Dənizçilərin sığorta sahəsində maariflənməsinə həsr edilmiş 1-ci Konfransı baş tutub.

“Report” xəbər verir ki, Konfransda “Liman Sığorta və Təkrarsığorta Brokeri” şirkətinin Anderraytinq və Təkrarsığorta şöbəsinin müdiri Aydan Alxaszadə açılış nitqi ilə çıxış edib.

O, çıxışında konfransın məqsədi, sığortanın və təkrarsığorta brokerinin iqtisadiyyatdakı əhəmiyyəti barədə məlumat verib.

Konfransda ASA ilə yanaşı, Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin, Türkiyənin Sığorta İnstitutu Fondunun, Türkiyə Sığortaçılar Assosiasiyasının eləcə də sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələri, çoxillik təcrübəyə malik dənizçilər, bir sıra dövlət qurumlarının və sığorta sahəsində yerli mütəxəssislər, iştirak ediblər.

ASA-nın icraçı direktoru Elmar Mirsalayev konfansda çıxış edərək sığorta sektorunun inkişafı və dənizçilərə bu sahədə dəstəyi barədə ətraflı məlumat verib. O, bu konfransın dənizçilər üçün əhəmiyyətini yüksək qiymətləndirib.

Konfransın gedişində iştirakçılar dənizçilərin sığorta sahəsində maarifləndirilməsi, sığorta brokerinin dənizçilər üçün əhəmiyyəti, icbari sığorta sistemlərinin üstünlükləri və inkişafı, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyət sığortasının (P&l qorunma və müdafiə) dənizçilər üçün faydası barədə geniş təqdimatla çıxış ediblər.

Konfrans çərçivəsində sığorta şirkətləri tərəfindən dənizçilər üçün sığorta məhsullarının təqdimatı da yer alıb. Təqdimat zamanı “Dənizçi kasko” haqqında geniş məlumat verilərək onun əhəmiyyəti diqqətə çatdırılıb.

Eyni zamanda “United Alliance Group” dənizçilər üçün yeni yaradılmış Dənizçiyə Könüllü Dəstək qaynar xətti platforması və onun faydası barədə ətraflı məlumat verib.

Daha sonra mövzular ətrafında geniş müzakirələr aparılıb və dənizçilərin sualları ətraflı cavablandırılıb.

Əvvəlki Yazı

Bakı sakini ov tüfəngi ilə qətlə yetirilib

Növbəti Yazı

Dövlət İdarəçilik Akademiyasında elmi konfrans

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.