Koreya Respublikasının Prezidenti Yun Seok-yeol Seulda Vladimir Zelenskinin “xüsusi elçisi”ni Ukraynanın müdafiə naziri Rustem Umerovun simasında qəbul edib. Bu barədə Cənubi Koreya prezidentinin administrasiyası məlumat yayıb.
“Prezident bildirib ki, Koreya Respublikası və Ukraynanın Rusiya Federasiyası ilə KXDR arasında hərbi əməkdaşlıqdan irəli gələn təhlükəsizlik təhdidlərinə praktiki cavab planları hazırlamaq, o cümlədən Cənubi Koreya əsgərlərinin Ukraynaya göndərilməsi arzuolunandır”, – Seul bildirib. Ukrayna nümayəndə heyəti daha sonra milli təhlükəsizlik direktoru Şin Von-sik və müdafiə naziri Kim Yonq-hyunla görüşüb.
Umerov bildirib ki, nümayəndə heyətinə müdafiə, xarici işlər və iqtisadiyyat nazirliklərinin nümayəndələri daxildir. “O, yaxın vaxtlarda müxtəlif kanallar vasitəsilə sıx ünsiyyət və əməkdaşlığın həyata keçirilməsini müsbət qiymətləndirdi”, – Seul xəbər verir. (Tass)