Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Aİ-nin “demokratiya uğrunda” mübarizəsinə rəhbərlik etmək niyyətini açıqlayıb və avropalıların indiki nəslinə “azadlıq və suverenlik uğrunda mübarizə”ni vəd edib”. O, bu barədə Avropa Parlamentinin Avropa komissarlarının yeni tərkibini təsdiqləməli olan sessiyasında özünün yeni Avropa Komissiyasının proqramını təqdim edərkən bildirib.
“İnanıram ki, bizim avropalı nəsil azadlıq və suverenlik uğrunda yenidən mübarizə aparmalıdır”, o deyib və əlavə edib ki, döyüş indi Ukraynada gedən eyni “azadlıq” uğrunda olacaq. O, həmçinin xəbərdarlıq edib ki, bu mübarizənin nəticələri “qarşıdurma və qeyri-sabit dünyanın gələcəyini” formalaşdıracaq.
O, “azadlıq və demokratiya uğrunda mübarizənin bütün avropalıları birləşdirdiyini” iddia etdi və bunu ikinci Avropa Komissiyası üçün əsas prioritet etmək niyyətində olduğunu vurğulayıb. (Tass)