Fələstin rəhbərliyi hesab edir ki, İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşması Yaxın Şərqdə zorakılığın səviyyəsini azaldacaq. Bu barədə qərargahı İordan çayının qərb sahilindəki Ramallah şəhərində yerləşən Fələstin Milli Administrasiyasının (PNA) bəyanatında deyilir.
“PNA ümid edir ki, Livan və İsrail arasındakı razılaşma İsrailin bölgəni ümumi partlayışa aparan siyasəti nəticəsində bütün Yaxın Şərqin əziyyət çəkdiyi zorakılıq və qeyri-sabitliyə son qoymağa kömək edəcək”. Bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb. (Tass)