Vaşinqton və Pekin məhbusları üçə üç düsturundan istifadə edərək dəyişdirirdilər. Bu barədə “Politico” qəzeti Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Çində cəza çəkən üç amerikalı – David Suidan, Kay Li və Con Leunq ABŞ-da həbsxanalarda saxlanılan adı açıqlanmayan üç Çin vətəndaşı ilə dəyişdirilib. Rəsmi qeyd edib ki, mübadilə “Ağ Ev və Dövlət Departamentinin nümayəndələri arasında çinli həmkarları ilə uzun illər aparılan danışıqlar” nəticəsində baş verib.
Politico daha əvvəl yazmışdı ki, sentyabrda ABŞ və Çin əsirləri dəyişdiriblər – amerikalı David Lin Çin vətəndaşı ilə dəyişdirilib. (Tass)