Son günlər Hələb və İdlibdə “Cəbhət ən-Nusra” ekstremist qruplaşmasının hücumunu dəf edərkən onlarla suriyalı hərbçi ölüb və yaralanıb. Bu barədə Ərəb Respublikası Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.
“Son bir neçə gün ərzində minlərlə xarici terrorçu, ağır silahlar və çoxlu sayda pilotsuz uçuş aparatları tərəfindən dəstəklənən <…> Cəbhət ən-Nusra ilə əlaqəli silahlı terror təşkilatları Hələb və İdlibdə bir neçə istiqamətdən kütləvi hücuma keçiblər. Silahlı qüvvələrimiz onların irəliləyişini dayandırmaq üçün 100 km-dən artıq bir zolaqda şiddətli döyüşlər aparıb, onlarla silahlı qüvvələrimizin əsgəri şəhid olub və yaralanıb”. Suriya Müdafiə Nazirliyi Facebook-da yazıb.
Silahlı qüvvələr Hələbin ətrafına soxulmuş və əlavə qüvvələr gözləyən terrorçulara zərbələr endirir. (Tass)