İyun 18, 2025-19:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Qabal kəndində azərbaycanlıların dostu İlya Çavçavadzeyə həsr olunan dəyirmi masa keçirilib

2024:12:03 - 17:54
in MƏDƏNİYYƏT
A A

Gürcüstanın Laqodexi rayonunun “Qabal Ədliyyə Evi”ndə azərbaycanlıların yaxın dostu, görkəmli yazıçı, şair, publisist və ictimai xadim İlya Çavçavadzeyə həsr olunan dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində “Qabal İnkişaf Mərkəzi” tərəfindən təşkil olunan tədbirdə azərbaycanlı və gürcü ziyalılar, gənclər və məktəblilər iştirak ediblər.

Mərkəzin direktoru Yavər Məmmədov bildirib ki, bu cür tədbirlər azərbaycanlılar və gürcülər arasında mədəni əlaqələrin möhkəmlənməsinə, dialoqun təşviqinə töhfə verir. Qeyd olunub ki, gürcü millətinin “mənəvi atası” adlandırılan İ.Çavçavadze azərbaycanlılara qarşı rəğbəti ilə seçilib. O, redaktoru olduğu “İveriya” qəzetində Azərbaycan atalar sözlərini, maarifpərvər şair və mütəfəkkir Mirzə Şəfi Vazehin kəlamlarını dərc etdirib. Onun dostu və silahdaşı Akaki Tsereteli Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasını tərcümə etməyə başlayanda bu barədə həmin qəzetin səhifələrində məlumat verilib. “İveriya” qəzetində İ.Çavçavadze azərbaycanlılara böyük rəğbət bəslədiyini söyləyirdi və onların milli xüsusiyyətlərinə dair bir sıra məqalələr dərc etdirirdi. O yazırdı: “Azərbaycanlılar açıqqəlbli, sakit, təmkinli, təvazökardırlar. Azərbaycanlı kiməsə dəyər verirsə və etibar edibsə, o, nə xəyanət, nə də xainlik edər. Azərbaycanlı onun gözündə ağılı, təcrübə və mərdliyi ilə fərqlənənə hörmət bəsləyir”.

Mərkəzin gürcü dili müəllimi Telli Qiyasova tədbir iştirakçılarına böyük gürcü mütəfəkkirinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib, azərbaycanlı yeniyetmə və gənclərin Gürcüstan ədəbiyyatını öyrənmələrinin vacibliyini qeyd edib. O bildirib ki, İ.Çavçavadze yalnız Gürcüstanın deyil, bütün Qafqazın gələcəyini düşünürdü. O, hərtərəfli dahi şəxsiyyət olub.

Rayonun gürcü ziyalıları çıxışlarında azərbaycanlı gənclərin İ.Çavçavadzenin həyat və yaradıcılığına göstərdikləri böyük maraqdan fərəh duyduqlarını bildiriblər. Onların sözlərinə görə, Gürcüstanın müasir azərbaycanlı gəncləri ağıllı və bacarıqlıdırlar. Bugünkü gənclər Gürcüstan və Azərbaycan arasında gələcək münasibətləri inkişaf etdirərək daha da möhkənləndirəcəklər.

Digər çıxış edənlər də İ.Çavçavadzenin yaradıcılığından söz açıb, onun demokratikləşmə və tərəqqi ilə bağlı ideyalarının bu gün də aktual olduğunu vurğulayıblar.

Əvvəlki Yazı

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda təsdiqlənib YENİLƏNİB

Növbəti Yazı

Şəhid və qazi musiqiçilərə həsr olunmuş kitab – “Nəğmə də bir silahdır”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.