CNN müxbiri Koreya Respublikasında hərbi vəziyyətin tətbiqini “siyasi zəlzələ” adlandırıb.
Onun sözlərinə görə, indi vəziyyət “normala qayıdır” kimi görünür. “Koreya paytaxtının küçələrində həyat tamamilə normal görünür”.
Ötən gecə Cənubi Koreya prezidenti Yoon Seok-yeol hərbi vəziyyətin tətbiqini elan etdi, bir neçə saat sonra parlament onun ləğvi üçün səs verdi. Daha sonra Yoon Seok-yeol öz qərarını ləğv edəcəyinə söz verdikdən sonra kabinet bu qərarın dəyişdirilməsini dəstəklədi. Bütün bunlar altı saatdan az müddətdə baş verdi. Cənubi Koreyada 45 ildir hərbi vəziyyət tətbiq edilmir.
Prezident hərbi vəziyyətin tətbiqi ilə bağlı qərarını onunla əsaslandırıb ki, parlamentdə çoxluq təşkil edən müxalifət öz nümayəndələrini, o cümlədən hökumətin əsas fiqurlarını impiçment etməyə cəhd etməklə icra hakimiyyətinin işini iflic edir. Müxalifət partiyaları isə öz növbəsində Yoon Seok Yeolun istefasını tələb edib, əks halda impiçment proseduruna başlayacağı ilə hədələyiblər. (Tass)