Almaniyanın xarici işlər naziri Annalena Bärbock atəşkəs əldə olunacağı təqdirdə Almaniyanın sülhməramlı qüvvələrinin Ukraynaya göndəriləcəyini istisna etməyib. Bu barədə DPA agentliyi nazirin Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündəki bəyanatlarına istinadən məlumat yayıb.
Baerbokun fikrincə, alman əsgərləri sülhü təmin etmək üçün istifadə oluna bilərdi.
Nazir həmçinin hesab edir ki, NATO-ya üzvlük formasında təhlükəsizlik təminatları ilə yanaşı, “atəşkəs rejiminə riayət olunmasını təmin etmək üçün beynəlxalq mövcudluğu” nəzərdən keçirmək olar.
Siyasətçi əlavə edib ki, Almaniya sülhə nail olmaq üçün istənilən addımı “bütün gücü ilə dəstəkləyəcək”. (Tass)